Son sutkada 805 mindən çox planet sakinində COVID-19 aşkarlanıb

Son sutkada 805 mindən çox planet sakinində COVID-19 aşkarlanıb
# 18 aprel 2021 08:46 (UTC +04:00)

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 805 mindən çox artaraq, ümumilikdə 139,5 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 13,1 mindən çox artaraq 2,99 milyonu ötüb.

17 aprel Bakı vaxtı ilə saat 20:43-ə olan məlumata əsasən, 139 501 934 nəfər koronavirusa yoluxub, 2 992 193 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 805 794 nəfər, ölənlərin sayı isə 13 171 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 30%-dən çoxu Cənub-Şərqi Asiyada (247 238) müşahidə edilib, ikinci yerdə Avropa (239 757), üçüncü yerdə Şimali və Cənubi Amerika (238 987) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 176 938 nəfər. Onun ardınca Hindistan (14 526 609), Braziliya (13 746 681), Fransa (5 144 295), Rusiya (4 693 469), Böyük Britaniya (4 383 736), Türkiyə (4 150 039), İtaliya (3 842 079), İspaniya (3 396 685), Almaniya (3 123 077), Polşa (2 675 874) və Argentina (2 629 156) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR