Türkiyədə barələrində həbs-qətimkan tədbiri seçilən ordu generalları istintaq təcridxanasına göndəriliblər

Türkiyədə barələrində həbs-qətimkan tədbiri seçilən ordu generalları istintaq təcridxanasına göndəriliblər
# 07 iyul 2008 07:20 (UTC +04:00)
Ankara APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunan ordu generalları Xurşid Tolon və Şənər Əruyğur barəsində həbs-qətimkan tədbiri seçilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istefada olan generallar “güc tətbiq etməklə hökuməti devirmək və ya hökumətin öz vəzifəsini yerinə yetirməsini tam, yaxud qismən əngəlləmək” cəhdində, həmçinin “silahlı təşkilat qurmaq və idarə etmək”də ittiham olunurlar. Ş. Əruyğurun vəkili Filiz Esen həbs qərarına etiraz edəcəklərini bildirib: “İllər boyu vətəninə sədaqətlə xidmət etmiş komandanımız yalan ittihamlarla tutulub. Bu ittihamların heç birini qəbul etmirik”. X. Tolonun vəkili Özgür Meriç Turan isə həbs qərarının Türkiyə Konstitusiyanın müvafiq maddələrinə və Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu deyib.
Qeyd edək ki, Ş. Əruyğur və X. Tolon, eləcə də iyulun 1-də həbs olunmuş daha 8 nəfər Sinan Aygün, Atilla Uğur, İbrahim Özcan, Birol Başaran, Osman Gürbüz, Kamal Aydın, Durmuş Əli Özoğlu, Barbaros Xeyrəddin Altıntaş İstanbuldakı Metris istintaq təcridxanasına aparılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR