Dünyanın nə məşhur narkobaronu “Beto Çıqan” İspaniyada həbs olunub

Dünyanın nə məşhur narkobaronu “Beto Çıqan” İspaniyada həbs olunub
# 06 sentyabr 2008 11:47 (UTC +04:00)
Madrid-APA. Dünyanın nüfuzlu narkobaronlarından Edqar Qilyermo Valyexo-Quarin İspaniyada həbs olunub. APA-nın məlumatına görə, “Beto Çıqan” ləqəbli narkobaron İspaniya otellərindən birində keçirilən əməliyyat zamanı ələ keçirilib. Əməliyyat ABŞ xüsusi xidmət orqanları ilə birgə gerçəkləşdirilib. Saxlanan şəxs ABŞ və Avropada tonlarla kokain satışında, korrupsiya, çirkli pulların yuyulması və sifarişli qətllərdə ittiham olunur. Qeyd edək ki, ABŞ hökuməti bu şəxsin yerini xəbər verən şəxsə 5 milyon dollar mükafat boyun olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR