Türkiyə parlamentinə benzin dolu bidonla girməyə cəhd edən şəxs yaxalanıb

Türkiyə parlamentinə benzin dolu bidonla girməyə cəhd edən şəxs yaxalanıb
# 18 noyabr 2008 15:28 (UTC +04:00)
Ankara – APA. Türkiyə Böyük Millət Məclisinə əlində benzin dolu bidonla girməyə cəhd göstərən şəxs yaxalanıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, parlamentin qapılarının birinə yaxınlaşan şəxs polislərin diqqətini cəlb edib. Polislər onu saxlayaraq sənədlərini yoxlayıblar. Adının Mətin olduğu bildirilən 56 yaşlı bu şəxsin əlindəki bidonda benzin olduğu müəyyənləşib. O, yaxınlıqdakı polis idarəsinə aparılıb. İdarədə onun həyat yoldaşını və sevgilisini öldürdüyünə görə 23 il həbsdə yatdığı bəlli olub. Mətin həbsdən çıxdıqdan sonra iş tapa bilmədiyi üçün parlamentdə etiraz aksiyası keçirmək istədiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR