Almaniyada daşqın neft sızmasına səbəb olub

Almaniyada daşqın neft sızmasına səbəb olub
# 19 iyul 2021 04:29 (UTC +04:00)

Almaniyada güclü daşqın Hükkesvaqen şəhəri ərazisində neft sızıntısına səbəb olub.

APA xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti Köln dairə idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət səbəbindən Hükkesvaqenin cənubunda bir neçə müəssisə suyun altında qalıb. Bu isə ətrafın çirklənməsi, eləcə də neftin yayılması ilə nəticələnib.

Eyni zamanda, neft Vibax çayının əsas bəndinə də qarışıb. Hazırda çirkləndiricilərin konsentrasiyasını təyin etmək üçün su və hava nümunələri götürülür. Buna görə də su anbarının istirahət məqsədləri üçün istifadəsi hazırda qadağan edilib.

Qeyd edək ki, bazar ertəsindən bəri Almaniyanın qərbində və cənub-qərbində leysan yağışlar yağıb ki, bu da daşqına səbəb olub. Yağışlar səbəbindən Reyn çayının qolları olan Ar və Mozel, həmçinin kiçik Zauer, Prüm, Nims, Kil və Erft çayları öz məcrasından çıxıb. Reyn-Vestfaliya və Reynland-Pfals federal torpaqları təbii fəlakət nəticəsində ciddi ziyan görüb. Traunştayn şəhərinin böhran vəziyyətlər idarəsindən verilən məlumata görə, sel səbəbindən Bavariyanın cənub-şərqində, Berxtesqadener-Land bölgəsində fövqəladə vəziyyət elan olunub. Son məlumatlara görə, Almaniyada, əsasən də Reynland-Pfalsda daşqın 155-dən çox insanın ölümünə yol açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR