Almaniyanın yeni kansleri ilk səfərini Parisə və Brüsselə edəcək

Olaf Şolts

© APA | Olaf Şolts

# 08 dekabr 2021 17:23 (UTC +04:00)

Almaniyanın yeni kansleri Olaf Şolts ilk səfərlərini Paris və Brüsselə edəcək.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Şolts dekabrın 10-da Parisə və Brüsselə səfər edəcək.

Parisdə Şolts Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Brüsseldə isə o, Avropa Komissiyasının sədri Ursula von der Leyenlə, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberqlə danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR