Avropa Dərman Agentliyi “Pfizer”in 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib

Avropa Dərman Agentliyi “Pfizer”in 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib
# 25 noyabr 2021 17:08 (UTC +04:00)

Avropa Dərman Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, peyvəndin 5-11 yaş arası uşaqlarda istifadəsinin faydalarının onun potensial risklərindən üstün olduğu açıqlanıb.

Vaksinin həmin yaş qrupundan olan uşaqlarda 90,7% effektiv olduğu bildirilib.

Qurum “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlara 10 mikroqram olmaqla 3 həftəlik periodla iki doza tətbiq edilməsini tövsiyə edib.

Xatırladaq ki, sentyabrın 20-də “Pfizer-Biontec” şirkəti istehsal etdiyi vaksinin kiçik dozalarda 5-11 yaşlı uşaqlara tətbiqinin təhlükəsiz olduğunu və immun sisteminin sürətli reaksiyasını yaratdığını açıqlayıb. Klinik sınaqların 2200 uşağın iştirakı ilə apardığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR