Boris Conson Baydenlə görüşüb

Boris Conson Baydenlə görüşüb
# 22 sentyabr 2021 10:22 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenlə Ağ Evdə görüşüb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, görüş zamanı liderlər ötən həftə elan edilən Böyük Britaniya, ABŞ və Avstraliya arasındakı AUKUS ittifaqının dünyada sülhün və sabitliyin təmin edilməsində oynayacağı vacib rolu haqqında danışıblar. Liderlər NATO -nun Əfqanıstandan çıxması zamanı iki ölkə arasındakı sıx əməkdaşlığı alqışlayıblar.

Boris Conson daha sonra ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə də görüşüb.

B. Conson noyabr ayından etibarən peyvənd olunmuş britaniyalı sərnişlərin Birləşmiş Ştatlara səyahətinə icazə verilməsi ilə bağlı ABŞ-ın qərarını alqışladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR