Britaniya Polşaya sərhədlərini qoruması üçün dəstək verəcək

Britaniya Polşaya sərhədlərini qoruması üçün dəstək verəcək
# 09 dekabr 2021 16:37 (UTC +04:00)

Britaniya Polşaya hərbi mühəndis göndərir.

APA-nın xəbərinə görə, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Belarusla sərhəddə yaranan böhran fonunda Britaniya NATO müttəfiqi Polşaya 140 hərbi mühəndis göndərir: “Belarus sərhədində qanunsuz miqrasiyadan qaynaqlanan təzyiqlərə cavab olaraq biz tərəfdaşımıza mütəxəssis dəstəyi göndəririk”.

Göndərilən heyət dekabrın sonundan öz vəzifəsinin icrasına başlayacaq və aprel ayına qədər Polşada qalacaq.

Britaniyanın müdafiə naziri Ben Vallas ölkəsinin Avropanın təhlükəsizliyinə sadiqliyinin sarsılmaz olduğunu deyib: “Biz həmişə müttəfiqlərimizə dəstək təklif edəcəyik. Bu qeyri-döyüş dəstəyi Polşanın öz sərhədlərini qorumasına və mühüm mühəndislik təcrübəsini öyrənməsinə kömək edəcək”.

Qeyd edək ki, Britaniyanın artıq NATO qüvvələri çərçivəsində Polşada 150 hərbi personalı var. Bu hərbi heyət kiçik təlimlərdən tutmuş tam miqyaslı döyüş təlimlərinə qədər müntəzəm olaraq NATO qüvvələrinin təlimlərində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR