Brüsseldə Gürcüstan, Ukrayna və Moldova Baş nazirlərinin üçtərəfli görüşü olub - FOTO

Natalia Qavrilita, Denis Şmiqal, İrakli Qaribaşvili

© APA | Natalia Qavrilita, Denis Şmiqal, İrakli Qaribaşvili

# 30 noyabr 2021 13:20 (UTC +04:00)

Brüsseldə “Assosiasiyalı üçlük” üzvü olan Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirlərinin ilk üçtərəfli görüşü olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, onun ukraynalı həmkarı Denis Şmiqal və moldovalı həmkarı Natalia Qavrilita arasında baş tutan görüşdə tərəflər prioritet istiqamətlər, eləcə də 15 dekabrda keçiriləcək Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” sammitindən gözləntilərlə bağlı müzakirə aparıblar.

Bildirilib ki, “Assosiasiyalı üçlük” ölkələrinin Baş nazirləri Avropa İttifaqının Vahid İqtisadi Məkanına çıxış və hər üç ölkənin Aİ-yə inteqrasiyasını təmin etmək üçün sektoral əməkdaşlığın intensivləşdirilməsinə istəklərini ifadə ediblər.

Baş nazirlərin gün ərzində Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa Parlamentinin Prezidenti David-Maria Sassoli ilə görüşləri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR