Çexiyada qasırğa nəticəsində iki nəfər ölüb

Çexiyada qasırğa nəticəsində iki nəfər ölüb
# 09 iyul 2021 06:29 (UTC +04:00)

Çex Respublikasının cənubunda şimşək çaxması ilə müşayiət olunan qasırğa nəticəsində iki nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, ölənlərin hər ikisi avtomobildə olub və güclü külək nəticəsində onların üstünə ağac aşıb. Bu barədə jurnalistlərə ölkə polisinin nümayəndəsi Ştepanka Şvartsova məlumat verib.

“İki nəfər avtomobilin üstünə ağac aşması nəticəsində ölüb, onlar şimşək və qasırğanın bitməsini gösləmək üçün avtomobilində olublar. Sürücü kişi və onun yanında olan qadın ölüb, avtomobildə arxa oturacaqda olan uşaqları isə travma alıblar və xəstəxanaya yerləşdiriliblər”, - Şvartsova belə deyib.

Çex Respublikasının əksər yerlərində şimşəkli leysan yağışları müşahidə olunur. Bəzi yerlərdə onları dolu və güclü külək müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR