Dmanisidə yenidən zəlzələ olub

Dmanisidə yenidən zəlzələ olub
# 19 sentyabr 2021 19:42 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18.34 radələrində baş verən 3 maqnitudalı zəlzələni ocağı Dmanisi şəhərindən 25 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, son dövrlər bu bölgədə onlarla zəlzələ qeydə alınıb. Bu zəlzələlər dağıntılara yol açmayıb. İndiyə qədər bölgədə baş verən ən güclü – 5,1 maqnitudalı zəlzələ avqustun 16-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR