Gürcüstan Prezidenti Saakaşvilinin həbsinə münasibət bildirib - YENİLƏNİB - 1

Mixeil Saakaşvilin

© APA | Mixeil Saakaşvilin

# 01 oktyabr 2021 23:10 (UTC +04:00)

“Bu gün bir çoxları sabiq Prezident Mixeil Saakaşvilinin əfv edilməsi ilə bağlı suallar verir. Cavab sadədir: yox və heç vaxt”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu M.Saakaşvilinin Tbilisidə həbs edilməsinə münasibət bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, sabiq Prezidentin həbsinə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

S. Zurabişvili qeyd edib ki, M.Saakaşvilinin həbsi dövlət və onun institutlarının çökmədiyini, əksinə gücləndiyini göstərir.

***

22:31

“Ukrayna Prezidenti Vladimir Zelenski Mixeil Saakaşvilinin bu gün Gürcüstanda həbs edilməsi ilə bağlı xəbərləri yaxından izləyir”.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov özünün “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.

Bildirib ki, Ukraynanın Gürcüstandakı səfirliyi hələ də öz vətəndaşının həbsi ilə bağlı Gürcüstan tərəfindən rəsmi məlumatla təmin edilməyib.

“Biz Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvilinin saxlanılması ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna öz vətəndaşına qarşı bu cür addıma görə Gürcüstan tərəfinə bütün şərtlərə və səbəblərə aydınlıq gətirməsi üçün müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat qəbul etməyib. Amma, bizim konsullarımız artıq Mixeil Saakaşvilinin bütün zəruri yardımlarla təmin edilməsi istiqamətində işləyirlər”, - deyə S. Nikiforov bildirib.

***

22:17

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bəyanatda M.Saakaşvilinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həbs olunaraq barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirildiyi bildirilib.

Baş Prokurorluq, həmçinin, sabiq prezidentə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib.

Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etməsi müəyyən edilən M.Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib və qərarın appelyasiyası mümkün deyil.

Bundan başqa sabiq prezident “İmedi” telekanalına basqın təşkil etməkdə, həmçinin, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon lari məbləğində vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR