Gürcüstanda koronavirusa yoluxanların sayı 371 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 371 mini keçib
# 06 iyul 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1407 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 371 293, ölənlərin sayı isə 5 383 nəfərə çatıb. Virusa yoluxanlardan 355 718 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR