Gürcüstanda son sutkada 40 nəfər koronavirusdan ölüb 

Gürcüstanda son sutkada 40 nəfər koronavirusdan ölüb 
# 22 oktyabr 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4155 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 684 337, ölənlərin sayı isə 9 657 nəfərə çatıb. Virusa yoluxanlardan 624 688 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR