Gürcüstanda son sutkada koronavirusdan 74 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 74 nəfər ölüb
# 28 avqust 2021 11:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 247 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 540 449, ölənlərin sayı isə 7 175 nəfərə çatıb. Virusa yoluxanlardan 476 555 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR