Milyarder Bidzina İvanişvili Gürcüstanın sabiq Baş nazirinin partiyasının onun layihəsi olmasını təkzib edib 

Milyarder Bidzina İvanişvili Gürcüstanın sabiq Baş nazirinin partiyasının onun layihəsi olmasını təkzib edib 

© APA | Bidzina İvanişvili

# 07 iyun 2021 11:13 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının keçmiş sədri, milyarder Bidzina İvanişvili sabiq baş nazir Giorgi Qaxarianın yaratdığı partiyanın onun siyasi layihəsi olması barədə yayılan xəbərləri təkzib edib. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə B. İvanişvili yaydığı bəyanatda qeyd edib. 

O, vurğulayıb ki, qəsdən yayılan şayiələrlə onun siyasətdən  getmədiyinə dair təsəvvürün formalaşdırılmasına cəhd edilir. 

B. İvanişvili qeyd edib ki, G. Qaxarianın cari ilin fevralında qeyri-müəyyən səbəblərdən və uyğun olmayan vaxtda Baş nazir postundan istefa verməsini komandasına xəyanət kimi qəbul edir və onun üçün G. Qaxaria ilə əməkdaşlıq etmək tamamilə qəbul edilməzdir.  

Xatırladaq ki, sabiq Baş nazir Giorgi Qaxaria bu il fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsinə etiraz olaraq istefa etdiyini və hakim partiyadan ayrıldığını açıqlayıb. Keçmiş Baş nazir ötən həftə “Gürcüstan üçün” adlı yeni siyasi partiya təsis edib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR