NATO Baş katibi Ukrayna və Gürcüstan XİN rəhbərləri ilə görüşəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 16 noyabr 2021 16:56 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstanın xarici işlər nazirləri ilə görüşəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukrayna və Gürcüstan XİN rəhbərləri ilə NATO xarici işlər nazirlərinin Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək iclası çərçivəsində görüşəcək.

Baş katib qeyd edib ki, bu görüş NATO-nun Ukrayna, Gürcüstan və bütün Qara dəniz regionuna dəstəyini vurğulaması üçün bir fürsət olacaq.

Y. Stoltenberq vurğulayıb ki, Qara dəniz NATO üçün strateji əhəmiyyətə malikdir və Gürcüstan və Ukrayna ilə yaxından əməkdaşlıq NATO üçün xüsusi önəm daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR