Stoltenberq:"Belarusun miqrantlardan hibrid taktika kimi istifadə etməsi qəbuledilməzdir"

Stoltenberq:"Belarusun miqrantlardan hibrid taktika kimi istifadə etməsi qəbuledilməzdir"
# 09 noyabr 2021 13:27 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

"Prezident Andjey Duda ilə Polşa sərhədində yaranmış ciddi vəziyyətlə bağlı danışdım. Belarusun miqrantları hibrid taktika kimi istifadə etməsi qəbuledilməzdir. NATO Polşa və regiondakı bütün müttəfiqləri ilə həmrəydir", NATO Baş katibi qeyd edib.

Qeyd edək ki, Polşa-Belarus sərhədində son günlər gərginlik yaşanır.Yaxın Şərq ölkələrindən olan qeyri-qanuni miqrantlar Belarus vasitəsilə Polşaya keçməyə cəhd edirlər. Polşa hökuməti Belarusu insident törətmək cəhdində ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR