MM "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib

MM "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib
# 17 aprel 2020 16:30 (UTC +04:00)

"Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən, hazırda satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

Təklif edilən dəyişikliyə əsasən, bundan sonra həm də qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da güzəştli düzəliş tətbiq ediləcək.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR