Vaqif Dərgahlı: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"

Vaqif Dərgahlı: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"
# 29 sentyabr 2020 14:27 (UTC +04:00)

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb: “Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR