Yalçın Rzazadə iki albom buraxmağa hazırlaşır

Yalçın Rzazadə iki albom buraxmağa hazırlaşır
# 15 dekabr 2006 11:07 (UTC +04:00)
Xalq artisti Yalçın Rzazadə bu yaxınlarda iki albomunu pərəstişkarlarının ixtiyarına verəcək. Bunu APA-ya açıqlamasında Y. Rzazadənin özü deyib. Sənətçinin sözlərinə görə, diskin birində kinofilmlərdə səslənən musiqilər, digərində isə repertuarına yeni daxil etdiyi kompozisiyalar yer alacaq: “Artıq çox qısa vaxt qalıb. Yanvarın ilk ongünlüyündə hər iki toplumu dinləyicilərin ixtiyarına vermək fikrindəyəm. İki ildir xalqın qarşısında konsert proqramı ilə çıxış etmək istəyirəm. Ancaq bu istəyim hələ də gerçəkləşməyib. Bu gün bunlar çox çətinləşib, ancaq gələn il bu arzum mütləq həyata keçəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR