“Fənərbaxça”nın sabiq qapıçısı qəza törədib, 1 nəfər ölüb

“Fənərbaxça”nın sabiq qapıçısı qəza törədib, 1 nəfər ölüb
# 17 iyul 2021 16:54 (UTC +04:00)

Kamerun millisinin qapıçısı Karlos Kameni bədbəxt hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper ölkəsinin qərb bölgəsində qəza törədib.

Hadisə nəticəsində bir nəfərin öldüyü, Kameninin isə ağır yaralandığı bildirilib. Hazırda xəstəxanada olan “Fənərbaxça”nın sabiq qolkiperinin durumu stabildir.

Qeyd edək ki, hazırda karyerasını Cibuti klubu “Arta Solar7”də davam etdirən Karlos Kameni Avropada “Havr”, “Sent-Etyenn”, “Espanyol” və “Malaqa”nin da formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR