Türkiyəli futbolçular Liqa 1-in simvolik komandasından kənarda qalıblar

Lill

© APA | Lill

# 24 may 2021 10:19 (UTC +04:00)

Fransa Liqa-1-də 2020/21 mövsümünün simvolik komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbolçular Birliyi, Peşəkar Futbol Liqa rəhbərliyi və “Canal+” tərəfindən müəyyən edilən rəmzi “11-lik”lə bağlı maraqlı seçimlər aparılıb.

İkinci yeri tutan PSJ-nin 5 futbolçusu ən yaxşılar sırasına düşübsə, çempion “Lill” rəmzi heyətdə cəmi 2 futbolçu ilə təmsil olunub. 16 qolla “Lill”in bombardiri olan və çempionluqda böyük rol oynayan Burak Yılmaz kənarda qalıb. Onunla yanaşı, digər həmyerliləri Yusuf Yazıcı və Zəki Çelikə də “11-lik”də yer tapılmayıb.

Qapıçı: Keylor Navas (PSJ);
Müdafiəçilər: Presnel Kimpembe, Markinyoş (hər ikisi PSJ), Reynaldo Mandava (“Lill”), Conatan Klauss (“Lans”);
Yarımmüdafiəçilər: Benjamin Andre (“Lill”), Lukas Paketa (“Lion”), Orelen Çuameni (“Monako”);
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Memfis Depay (“Lion”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR