Azərbaycan “Qarabağ”ın qələbəsi sayəsində UEFA reytinqində irəliləyib

Azərbaycan “Qarabağ”ın qələbəsi sayəsində UEFA reytinqində irəliləyib
# 27 avqust 2020 00:43 (UTC +04:00)

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının II təsnifat mərhələsinin başa çatan oyunları səbəb olub.

Moldova “Şerif”ini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin reytinqinə 0,375 xal qazandırıb. Bununla da cari mövsümün qazancı 0,750-yə çatıb. Son 5 ilin nəticələrinə əsasən əmsalımız 15,125-ə yüksəlib.

Bu matçadək 26-cı olan Azərbaycan Rumıniyanı keçməyə müvəffəq olub. ÇFR öz meydanında Xorvatiya “Dinamo”su ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə aktivindəki xalları 15,075-ə qədər artıran Rumıniya 25-ci pilləni qoruya bilməyərək ölkəmizə təhvil verib.

24-cü yerə yüksəlmək imkanımız isə gerçəkləşməyib. Norveç təmsilçisi “Molde”nin qələbəsi şimallıları mövqeyində saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR