“Barmek”in sabiq əməkdaşlarının apellyasiya şikayətinə fevralın 14-də baxılacaq

“Barmek”in sabiq əməkdaşlarının apellyasiya şikayətinə fevralın 14-də baxılacaq
# 07 fevral 2007 09:03 (UTC +04:00)
Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə “Barmek-Azərbaycan Elektrikşəbəkəsi” MMC-nin 6 sabiq əməkdaşı barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Vəkil Fikrət Mirzəyev APA-ya açıqlamasında bildirib ki, məhkəmə hökmündən yalnız təqsirləndirilənlər Rahib Musayev və Ələsgər Ramazanov şikayət verərək hökmün dəyişdirilməsini xahiş ediblər. Hazırlıq iclasında şikayət üzrə məhkəmə prosesinin fevralın 14-də keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunan Elnur Mütəllimov və Firudin Ağayev cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il, Asif Ələkbərov və Əhliman Məmmədov cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunan Ələsgər Ramazanov və Rahib Musayev isə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müvafiq olaraq 3 il 6 ay və 3 il müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR