Məhkəmə zalında vəkili infarkt vurub

Məhkəmə zalında vəkili infarkt vurub
# 07 fevral 2007 10:42 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin iclas zalında vəkil Tofiq Qasımovu infarkt vurub. APA-nın məlumatına görə, hadisə yerinə gələn Təcili Tibbi Yardımın həkimləri T.Qasımova ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Vəkilin bundan öncə də infarkt keçirdiyi bildirilir.
Qeyd edək ki, T.Qasımov 5 saylı hüquq məsləhətxanasında çalışır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR