Bakı sakini Şəkidə çayda boğulub

Bakı sakini Şəkidə çayda boğulub
# 15 avqust 2007 07:26 (UTC +04:00)
Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Nizami oğlu Əliyev Əyriçayda çimərkən batıb. Hadisə Zaqatala-Xaldan şosesinin 74-cü kilometrliyində baş verib. Güman edilir ki, S. Əliyev içkili vəziyyətdə olduğu üçün suda boğulub. Yaxınlıqda olan şəxslər ona kömək edə bilməyiblər. Faktla bağlı Şəki RPŞ-də təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR