Bakıda 4 avtomobil zəncirvari qəzaya uğrayıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda 4 avtomobil zəncirvari qəzaya uğrayıb - FOTO  - VİDEO   - YENİLƏNİB
# 07 dekabr 2021 01:20 (UTC +04:00)

Bakıda 4 avtomobilin zəncirvari qəzaya uğraması ilə bağlı yol-nəqliyyat hadisəsinə Səbail Rayon Dövlət Yol Polis Şöbəsi aydınlıq gətirib.

Şöbədən APA-ya bildirilib ki, “Opel” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə gələn digər avtomobillər ardıcıllıqla bir-birinə çırpılıb.

***

6 dekabr, saat 22:18

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

APA xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR