Bakıda 6 avtomobil toqquşub, qəzaya səbəb olan sürücü ərazidən yayınıb - FOTO - VİDEO

Bakıda 6 avtomobil toqquşub, qəzaya səbəb olan sürücü ərazidən yayınıb - FOTO  - VİDEO
# 25 noyabr 2021 03:48 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 6 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“AzSamand” markalı avtomobil prospektdə əks istiqamətə doğru hərəkət edib. Bu zaman sözügedən avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətdə olan “Mercedes”, “Hyundai”, “Naz Lifan”, “Toyoto” və “KİA” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan bir nəfər xəsarət alıb. Hadisəni törədən sürücü isə ərazidən yayınıb.

Faktı Nərimanov Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR