Bakıda avtomobilin vurduğu qadın komaya düşüb

Bakıda avtomobilin vurduğu qadın komaya düşüb
# 25 may 2021 02:14 (UTC +04:00)

Bakıda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək prospeltinin Nizami rayonu ərazisindən keçən hissəsində baş verib.

1981-ci il təvəllüdlü Əliyeva Fatimə Qiyas qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı piyada komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR