Bakıda ev və mağazalardan 10 min manatdan çox oğurluq edən şəxs tutulub

Bakıda ev və mağazalardan 10 min manatdan çox oğurluq edən şəxs tutulub
# 25 noyabr 2021 12:31 (UTC +04:00)

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 evdən 5500 manat pul və 1 mağazadan 87 manat, 100 ABŞ dolları, 4743 manat dəyərində kassa aparatı və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR