Bakıda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb

Bakıda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb
# 26 oktyabr 2021 05:04 (UTC +04:00)

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Daş Karxanası küçəsində baş verib.

Həmin küçədə kirayə yaşayan 1999-cu il təvəllüdlü Tağıyev Tural Məmmədtağı oğlu tanıdığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlum olub ki, onun ürək nahiyəsinə bıçaqla xəsarət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR