Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO
# 12 oktyabr 2021 04:14 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Səbuhi Əhmədov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olan zaman yol kənarında dayanan Cavid Həsənova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin Həşimə Həsənova və “KİA”nın sürücüsü S.Əhmədov, sərnişin Cavid Əhmədov xəsarət alıb.

Hadisə yerinə iki təcili tibbi yardım xidməti cəlb edilib. Yaralılara ilkin yardım göstərilib.
Əraziyə polis əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR