Bakıda mənzildən 15 min manatlıq oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda mənzildən 15 min manatlıq oğurluq edən keçmiş məhkum saxlanılıb
# 20 noyabr 2021 13:57 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilib.

Rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR