Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var  - FOTO  - VİDEO
# 26 noyabr 2021 04:14 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Paytaxt sakini Nicat Dadaşov nasazlıq səbəbindən ona məxsus “Chevrolet” markalı avtomobili yol kənarında saxlayıb. “Saipa” markalı avtomobilin sürücüsü maşınını yol kənarında saxlayaraq Nicat Dadaşova kömək etmək istəyib. Bu zaman eyni istiqamətdən gələn “Changan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında dayanan 2 maşına çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR