Bakıda yol qəzasında bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda yol qəzasında bir nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 20 may 2021 23:24 (UTC +04:00)

Bakınının Binəqədi rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə “Baksol” yolunda qeydə alınıb.

Belə ki, Nəbi Alıyev idarə etdiyi “VAZ 2104” markalı nəqliyyat vasitəsi ilə küçədən əsas yola çıxarkən “Ford” markalı minik avtomobil onun maşınına çırpılıb.

Qəza nəticəsində N.Alıyev ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR