Bu il 444 cinayət işi məhkəmələrə göndərilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 27 iyul 2021 10:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. ​Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya ə verilən məlumata görə, bu günün rəqəmi 444-dür.

Qeyd olunub ki, ​2021-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

"​Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", - deyə Baş Prokurorluğun məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR