Daşkəsən sakini Gəncədə bıçaqlanıb

Daşkəsən sakini Gəncədə bıçaqlanıb
# 22 avqust 2021 18:05 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonun Bayan kənd sakini 1997-ci il təvəllüdlü Həsənov Kazım Marif oğlu bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR