DİN: İki gündə yaşayış yerini tərk edən 6 COVID-19 xəstəsi saxlanılıb

DİN: İki gündə yaşayış yerini tərk edən 6 COVID-19 xəstəsi saxlanılıb
# 21 avqust 2021 11:55 (UTC +04:00)

19 və 20 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR