Dünən ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb

Dünən ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
# 11 noyabr 2021 09:13 (UTC +04:00)

Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR