FHN: Ötən gün 35 yanğına çağırış olub, 2 nəfər xilas edilib

FHN: Ötən gün 35 yanğına çağırış olub, 2 nəfər xilas edilib
# 31 may 2021 11:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görüən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib, həmçinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində plastmas parçanın və Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar qeyd olunan ərazilərdə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR