FHN ötən sutka 14 nəfəri xilas edib

FHN ötən sutka 14 nəfəri xilas edib
# 03 oktyabr 2021 12:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən 6 nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR