Gəncədə gənc qadın dəm qazından zəhərlənib

Gəncədə gənc qadın dəm qazından zəhərlənib
# 23 noyabr 2021 00:38 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

1990-cı il təvəllüdlü İsmayılova Lalə zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qeyd edək ki, 2 gün bundan əvvəl Gəncədə bir ailədən 7 nəfər dəm qazından zəhərlənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR