Göygöldə çayın kənarında meyit tapılıb - FOTO - YENİLƏNİB

Meyitin tapıldığı ərazinin fotosu

© APA | Meyitin tapıldığı ərazinin fotosu

# 23 may 2021 14:16 (UTC +04:00)

Yazıya meyitin tapıldığı ərazinin fotoları əlavə edilib.

Saat 11:32

Göygöldə yaşlı kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə yaşlı kişi meyiti tapılıb.

Həmin şəxs Göygöl rayon sakini 1937-ci il təvəllüdlü Musayev Süleymandır.

Meyitin üzərində ilkin müşahidə zamanı hər hansı bir zorakılıq aşkar edilməyib. Cəsəd ekspertizaya göndərilib.

Faktla bağlı Göygöl prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR