Göygöldə qəza olub, xəsarət alanlar var 

Göygöldə qəza olub, xəsarət alanlar var 
# 19 sentyabr 2021 20:08 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza zamanı "NİVA"-nın sürücüsü, 1959-cu il təvəllüdlü Bayarmov Bəharam Qəhraman oğlu və sərnişin, 1987-ci il təvəllüdlü Həsənova Firəngiz Oktay qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR