Hacıqabul sakinini avtomobil vuraraq öldürüb - FOTO - VİDEO

Hacıqabul sakinini avtomobil vuraraq öldürüb  - FOTO  - VİDEO
# 23 noyabr 2021 21:00 (UTC +04:00)

Bakı-Qazax magistralında ölümlə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində baş verib.

Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Bürcəliyev Amin Ələddin oğlunun idarə etdiyi "Mercedes" markalı 90 MD 987 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Ramil Kamal oğlunu vuraraq öldürüb.
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR