Hacıqabulda avtomobil dəmir səddə dəyərək aşıb, bir ailənin 6 üzvü xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Hacıqabulda yol qəzası

© APA | Hacıqabulda yol qəzası

# 21 may 2021 18:57 (UTC +04:00)

Hacıqabulda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Atbulaq və Ələt qəsəbələri arasında baş verib.

Gədəbəy rayon sakini, 1975-ci il təvəllüdlü Əkbərov Aqil Qəzənfər oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil dəmir səddə çırpılaraq aşıb. Nəticədə 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan sürücü və 2 sərnişin - Əkbərova Raifə İbrahim qızı, Pəri Əkbərova ağır vəziyyətdə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Daha 3 sərnişin - Gədəbəy sakinləri, 1966-cı il təvəllüdlü Əkbərov İlqar Qəzənfər oğlu, 1973-cü il təvəllüdlü Əkbərova Səmidə Zahid qızı və Əkbərov Elşən Ramiz oğlu Şirvan şəhər xəstəxanasına göndərilib. Sonuncuya ambulator yardım göstərilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

16.52

Hacıqabulda avtomobil aşıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində baş verib. “Toyota-Prado” markalı avtomobilin aşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR