İçərişəhərdə soyğunçuluq edən şəxs yaxalanıb - VİDEO

İçərişəhərdə soyğunçuluq edən şəxs yaxalanıb - VİDEO
# 22 may 2021 12:23 (UTC +04:00)

Bakı sakinin 14 min pulu talançılıq yolu oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə mayın 21-də S.Həsənovun yaşadığı evin həyətindən içərisində 14.000 rubl olan pulqabısının talanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsrafilov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR