İmişlidə yol qəzasında sürücü ölüb

İmişlidə yol qəzasında sürücü ölüb
# 06 iyun 2021 01:37 (UTC +04:00)

İmişlidə yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

İmişli şəhər sakini, 1997-ci il təvəllüdlü Rəhimov Vasif Cəfər oğlunun idarə etdiyi “Moped” tipli motosiklet minik avtomobili ilə toqquşub. Ağır xəsarətlər alan motosikletin sürücüsü xəstəxanada ölüb.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR